İki nəfərin ölümünə səbəb olan gənc sürücü ilə bağlı qərar verildi

Ali Məhkəmədə Gəndob-Yalama yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı TIR-la dəhşətli qəza törədən Rusiya vətəndaşı, 2000-ci il təvəllüdlü Azizov Abduljalil Elbrusoviçin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.
Qeyd: A.Azizova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha artıq şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham elan olunub.
Məhkəmədə A.Azizov deyib ki, hadisədən bir neçə saniyə əvvəl idarə etdiyi yük maşınının qarşısına it çıxıb.
Bu səbəbdən qarşıdan gələn Gəndob istiqamətində hərəkətdə olan 1960-cı il təvəllüdlü Əfəndiyev Zəbişah Əbdülhəqq oğlunun idarə etdiyi “VAZ 21061, 1985-ci il təvəllüdlü Paşayev Cəbrayıl Elşad oğlunun idarə etdiyi “Opel Vectra” və 1987-ci il təvəllüdlü Nuriyev Tural Əjdər oğlunun idarə etdiyi “VAZ 211440” avtomobillərlə toqquşub və yük avtomobili yolun sol kənarına çıxaraq aşıb.
Qəza nəticəsində “VAZ 211440” markalı nəqliyyat vasitəsində olan sərnişinlər 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbaba oğlu və onun həyat yoldaşı 1960-cı il təvəllüdlü Babayeva Səlminaz Xudat qızı, eləcə də “VAZ 21061” markalı nəqliyyat vasitəsində olan sərnişin 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb, sürücülərsə ağır xəsarət alıblar.
Sürücü Azizov Abduljalil Elbrusoviç deyib ki, hadisə zamanı qəzanın baş verdiyi yerdən qaçmayıb:
“Orada məni bir neçə nəfər “Toyota” markalı avtomobilə oturtdu. Onlar mənə dedilər ki, hadisə yerinə qəzaya düşən maşınlarda ölən şəxslərin yaxınları gəlib məni döyə bilərlər, ona görə sakitcə orada polislərin gəlməsini gözləyim”.
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI
Avtomobilin önünə qəfil çıxan azyaşlı velosipedçi qorxulu anlar yaşatdı - VİDEO
Avtobus piyadanı vurub ÖLDÜRDÜ
"Bunu insanlara satırlar" - "Azza"dan şikayət - VİDEO
Bakıda avtomobildən oğurluq anı kameraya düşdü - VİDEO
Sosial şəbəkə tanışlığı cinayətlə bitdi: Qız anasının pullarını oğurlayıb kişiyə verdi
Paytaxtda yol çökdü: Tıxacda qalan sürücülər çətin anlar yaşadılar - VİDEO
Hökməli-Qobu yolundakı çuxurlar daşla nişanlanıb, sürücülər yolun kənarına çıxır - VİDEO
Almaniyada dərinləşən skuter problemi










