İmişlidə toyda kütləvi zəhərlənmə olub

İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, 18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir. Ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.
***
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib. İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək. Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.
***
Bu gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.
***
İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb. Avtosfer.az xəbər verir ki, bunu "Report"a İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib. "Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə - botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb", - şöbə müdiri bildirib. Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət edib.
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib










