İş adamının oğlunun öldüyü qəzada gühahlandırılan şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun yol qəzasında ölümünə səbəb olmaqda təqsirləndirilən Xəlil Əsədlinin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiçin hüquqi varisinin şikayəti və prokurorun protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, Xəlil Əsədlinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası artırılaraq, 6 ilə qaldırılıb. O, məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Sonra təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.
Qeyd: 1993-cü il təvəllüdlü Xəlil Əsədli "BMW” markalı avtomobillə ağır qəza törədib. Nəticədə 1994-cü il təvəllüdlü Nurlan Mənsimli ölüb. Sürücünün barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, "BMW" markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edib. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun “İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb.
Xatırlatma: Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin “İqlim” MMC-nin rəhbəri olan Mirzəxan Mənsimovdur. O, məhkəmədə ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












