İspaniyada daşqınlar; Çox sayıda ölən var - FOTO

İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ən azı 92 nəfər həlak olub.
Bu barədə “X” hesabında bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.
Xidmət onu da əlavə edib ki, hazırda qurbanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
***
İspaniyadakı daşqınlar nəticəsində ən azı 72 nəfər həyatını itirib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın regional hakimiyyət orqanları məlumat yayıb.
Bildirib ki, Valensiya şəhərində ən azı 70 nəfər həyatını itirib. Yerli hökumət vətəndaşlara evlərini tərk etməməyi və lazım olmadığı müddətcə səyahət etməməyi tövsiyə edib.
Kastiliya La Mança muxtar ərzisinin rəsmiləri isə daşqınlar nəticəsində iki nəfərin həyatını itirdiyini əlavə edib. Onların arasında 88 yaşlı qadın da olub.
İspaniyanın Baş Naziri Pedro Sançes daşqının təsir etdiyi ərazilərdəki vətəndaşlara qarşıdan gələn günlərdə daşqının güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edib. O, yerli hökumətin və müvafiq qurumların təbii fəlakət səbəbi ilə gücləndirilmiş iş rejiminə keçdiyini də vurğulayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Sinoptiklər gələcək fırtınalar barədə xəbərdarlıq ediblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB















