İtkin düşən balıqçılar İrandadır - “Atası ora gedib, amma...”

“Deyilənlərə görə, İran tərəfi hər iki balıqçını xilas edib, indi ordadırlar”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Astara rayon Şahağac kənd sakini Elçin Əsadullayev deyib.
O, Astarada dənizdə itkin düşən 2 balıqçı – Turan və Ağadədə Həsənovlara dair rəsmi məlumatın olmadığını vurğulayıb:
“İtkin düşən balıqçılardan birinin - Ağadədə Həsənovun atası hazırda İrandadır. Lakin o da hələlik oğlunu görə bilməyib. Maraqlısı odur ki, əgər balıqçılar İran səlahiyyətlilərinin əlindədilərsə, niyə bizimkilərə göstərmirlər. Hələ heç dəqiq bilmirik ki, onlardır, ya yox. Harada saxlanıldıqları haqqında da məlumatsızıq".
Xatırladaq ki, dekabrın 10-u səhər saatlarında Xəzər dənizində 2 balıqçı itkin düşüb. Onlar Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün dənizə çıxıb və geri qayıtmayıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışları davam etdirir. Axtarışlara helikopterlər də cəlb olunub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












