Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib. Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarına görə ittiham olunur. Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib. İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər. Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.
Əsas iclas dekabrın 15-də keçiriləcək.
Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.
Sərxoş halda qəza törətdi, ayıq sürücü və qohumu öldü, özü həbs edildi
Dayanacaqlarda saxlamayan 525 nömrəli avtobusun sürücüsü İŞDƏN ÇIXARILDI - VİDEO
Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı - FOTO - VİDEO
Poverbank təyyarəni bu vəziyyətə saldı – QAYDA DƏYİŞİR - FOTO
Avtobus xarab oldu, sərnişinlər soyuq havada yolda qaldı - VİDEO
Bakıda 5 nəfər FACİƏVİ ŞƏKİLDƏ öldü - Birinin 10 yaşı var...
Yolu qaçaraq keçən qadını maşın vurdu; yerindəcə öldü - ANBAAN VİDEO
Bütün kəndi ayağa qaldıran hadisə: gecə yarısı traktorlarla axtarışa çıxdılar - VİDEO
Təcili yardım xəstə azyaşlını yolda düşürüb getdi, köməyə yol polisləri gəldi - VİDEO
Dərnəgüldə obyekt yanır; polis əraziyə cəlb olundu - FOTO
Bakıda metronun yanında “Prado” yanıb kül oldu - VİDEO











