Karikaturaçı 6 il, din xadimi ömürlük azadlıqdan məhrum edilib

İranın Tehran şəhər inqilab məhkəməsi tənqidçi-karikaturaçı Atena Fərqdanini 6 il müddətinə azadlıqdan məhrum edib. “Report” xəbər verir ki, bu barədə onun vəkili Məhəmməd Mühimi “X” səhifəsində yazıb.
Onun sözlərinə görə, karikaturaçı xanım “müqəddəsləri təhqir etmək” və “rejim əleyhinə təbliğat aparmaq” maddələri üzrə ittiham olunub.
Bildirilib ki, Atena Fərqdani karikaturaçı, rəssam və uşaq hüquqları müdafiəçisidir. İlk dəfə 2014-cü ilin sentyabrında İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) kəşfiyyat agentləri tərəfindən həbs edilib. Həmin hadisədən iki ay sonra noyabrda təcridxanada qanunsuz saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirib. Səhhəti pisləşdiyi üçün zaminə buraxılıb.
Parlamentdə doğumun sayının artırılması və əhalinin azalmasının qarşısının alınması ilə bağlı qanun layihəsinə yenidən baxılmasına etiraz olaraq deputatların karikaturasını çəkməsi onun həbsinə səbəb olub. Atina Fərqdani çəkdiyi həmin rəsmdə deputatları meymuna və keçiyə oxşadıb.
İran məhkəməsi kürd etnik qrupunun nümayəndəsi din xadimi Məhəmməd Xizrancad barəsində çıxardığı ölüm hökmünü ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyib. O, ölkənin “ərazi bütövlüyü və müstəqilliyinə qarşı” fəaliyyət göstərməkdə ittiham olunub.
Qeyd edək ki, Güney Azərbaycandan olan siyasi məhbusların azadlığı buraxılması ilə bağlı etiraz keçirilir. “Azərbaycanlı siyasi məhbusların məhkəməsi açıq keçirilsin” təbliğat kampaniyası davam edir.
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB










