Keçmiş arvadının evinə gizli girdi - Cinayət işi açıldı

Ağstafa rayonunda keçmiş həyat yoldaşının yaşadığı evə icazəsiz daxil olan şəxsə cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini 1986-cı il təvəllüdlü M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb edilib.
Bildirilib ki, bir müddət əvvəl M.Hacıyev həyat yoldaşından rəsmən boşanıb. Qadın bundan sonra rayonun kəndlərindən birində anasından miras qalmış evdə yaşamağa başlayıb. Kişi isə boşandıqdan bir müddət sonra keçmiş arvadının yaşadığı evə gecə saat 05 radələrində gizli şəkildə daxil olub. Bunu görən qadın səs-küy salaraq onu evdən kənarlaşdırıb və polisə məlumat verib.
Ağstafa Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci maddəsi üzrə təqsirli bilinib. Ona 350 saat ictimai işlər cəzası verilib.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












