Keçmiş arvadının müəllim işlədiyi məktəbdə dava saldı - Həbs olundu

Ağstafada ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs həbs olunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərində yerləşən Hüseyn Arif adına musiqi məktəbində baş verib.
1980-ci il təvəllüdlü Səlim Bağırov (ad-soyadlar şərtidir) sərxoş halda oraya gələrək müəllim işləyən keçmiş həyat yoldaşı Fidan Rəhimovanı təhqir edib, məktəbin normal iş ahəngini pozaraq xuliqanlıq hərəkətlərinə yol verib.
Qadının polisə şikayət etməsindən sonra S.Bağırov polis tərəfindən saxlanılıb. Onun barəsində Ağstafa RPŞ-də inzibati protokol tərtib edilib.
İfadə verən F.Rəhimova 2 il əvvəl boşandığını, lakin keçmiş ərinin onu rahat buraxmadığını deyib: “Rəsmi şəkildə ayrılsaq da, Səlim Bağırov məni narahat edir. Sonuncu dəfə işlədiyim məktəbə gələrək haqqımda nalayiq ifadələr işlətdi, hətta məni öldürməklə hədələdi”.
S.Bağırov isə ifadəsində eks-xanımı ilə barışmaq istədiyini söyləyib: “Rəsmi şəkildə boşansaq da, onunla barışmaq istəyirəm. Hadisə vaxtı sərxoş halda olmuşam, özümü təqsirli bilirəm, çox peşmanam. O mənim istəyimə qarşılıq vermədiyi üçün uca səslə söyüş söymüşəm”.
Ağstafa Rayon Məhkəməsinin qərarı ilə Səlim Bağırov 7 sutkalıq inzibati həbs edilib.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












