Keçmiş döyüş yoldaşını bıçaqlayan qaziyə cəza verildi

Yasamal Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Murad Kərəmovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 05 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binaların birinin blokunda qeydə alınıb.
Belə ki, Murad tanışı, zərərçəkmiş Ayxan Qafarovla (soyadı şərti) mübahisə edib. O, zərərçəkmiş və onun dostlarının 27 avqust 2022-ci il tarixdə Daşkəsən rayonunda evində qonaq qaldıqları zamanı ayağına iynə batırdığını bildirib. Hadisənin üstündən 2 ilə qədər vaxt keçməsinə baxmayaraq, Murad bu məsələni dəqiqləşdirməyə çalışıb. Mübahisə zamanı o, Ayxanın ünvanına nalayiq ifadələr işlədərək, üzərindəki bıçaqla zərərçəkmiş şəxsin sol üz nahiyəsinə vurub. Ayxan ondan qaçıb uzaqlaşmaq istəyərkən Murad onun arxasınca qaçıb. Həmin vaxt zərərçəkmişin ayağı sürüşüb yerə yıxılıb. Murad isə bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə yenidən zərbələr endirərək zərərçəkmişə xəsarətlər yetirib.
Məhkəmə iclasında Murad Kərəmov elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və müharibə zamanı baş nahiyəsindən kontuziya alıb. Hazırda o, III qrup əlildir və bununla əlaqədar təqaüd alır. Zərərçəkmiş Ayxan Qafarovu 44 günlük Vətən müharibəsi zamanı tanıyıb və onlar arasında dostluq münasibətləri yaranıb.
O qeyd edib ki, Ayxan və onun dostları onlara qonaq gələn zaman gecə yatanda ayağına iynə batırıb, lakin bundan xəbəri olmayıb. Sonradan ayağında ağrılar hiss edib. Bildirib ki, buna görə də məsələni aydınlaşdırmaq üçün Ayxanla görüşüb. Lakin zərərçəkmiş isə ona iynə vurmadıqlarını söyləyib.
O, ifadəsində Ayxanı vurub-vurmadığını xatırlamadığını və hazırda onunla barışdığını qeyd edib.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












