Keçmiş məhkum küçədə borca görə qohumunu bizlə vurdu - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ələşrəf Sultanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 61 ünvanında yerləşən ticarət mərkəzinin dayanacağında qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Ələşrəf Sultanov qohumu, zərərçəkmiş Ramil Teymurovla mübahisə edib. Mübahisəyə səbəb isə olaydan bir neçə ay əvvəl zərərçəkmişə verdiyi 300 manat borc pulu ala bilməməsi olub. Bu zaman Ramil yumruqla onun çənə nahiyəsindən vurub ünvanına nalayiq ifadələr işlədib. Sonra Ələşrəf əlində gəzdirdiyi zərgər sənətində istifadə edilən bizlə (oyma) zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən iki dəfə zərbə endirərək ona xəsarətlər yetirib.
Hadisədən sonra təqsirləndirilən şəxs saxlanılıb və həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verərək daha yüngül cəza təyin olunmasını xahiş edib.
Qeyd edək ki, Ələşrəf Sultanov daha əvvəl narkotikə görə həbs edilib və məhkumluq həyatı yaşayıb.
(pravda.az)
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu
Sərxoş sürücü qandallanaraq sərhədə gətirildi
“Boeing” şirkəti cərimələndi
Bakıda taksi çağıran türkiyəli turist maşını özü sürdü - Sürücü yuxuladı - VİDEO
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO










