Keşlədə qonşular arasında dava - "İkimiz də boşanmışıq, hər gün ..."

Bakının Nizami rayonunda 1981-ci il təvəllüdlü İzzət sərxoş vəziyyətdə qonşusu İmrana (adlar şərtidir – red.) bıçaqla xəsarət yetirib.
Avtosfer.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, hadisə Keşlə qəsəbəsində baş verib.
İzzət qonşusu İmranın evində onunla birlikdə spirtli içki qəbul edib. İmran dincəlmək istəyib və İzzətdən evini tərk etməsini tələb edib. Buna görə mübahisə yaranıb.
Ev sahib nalayiq ifadələr işlətdiyi üçün İzzət masa üzərindən götürdüyü bıçaqla ona zərbə vurub.
İstintaq orqanı tərəfindən İzzətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən İzzət özünü təqsirli bilib, Keşlə qəsəbəsində tək yaşadığını deyib: “1997-ci ildə orta məktəbin 9-cu sinfini bitirmişəm. Həqiqi hərbi xidmətdə olmuşam. Yaşadığım məhəllədə bərbər işləyirdim. 2008-ci ildə Gülnarla ailə qurdum, bir qızım doğuldu. 2018-ci ildə psixi vəziyyətim qarışdı, heç kimi tanımadım. Məni Maştağa qəsəbəsindəki Psixiatriya Xəstəxanasına apardılar. 21 gün orada müalicə aldım. 2019-cu ildə Bərdə Rayon Məhkəməsinin qərarı ilə arvadımla nikaha xitam verildi. Həmin ildən hər gün spirtli içki içirəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İmran onun qonşusudur: “Uşaqlıqdan onu tanıyıram, münasibətimiz yaxşı olub. İmran da ailəsindən boşanıb, evdə tək yaşayır. 2020-ci ildən İmranla demək olar ki, hər gün ya onun, ya da mənim evimdə spirtli içki qəbul edirdik.
2023-cü il sentyabrın 7-də saat 16 radələrində yaşadığım evin yaxınlığıda “Məhəllə” marketə getdim, 250 qramlıq araq alıb evdə tək içdim.
Məhəlləyə çıxanda İmran məni evinə çağırdı, dedi ki, yarım litrlik arağı var. O, birotaqlı evdə yaşayır. Arağı həyətdən yığdığımız üzümlə içdik. Saat 19 radələrində ona dedim ki, 250 qramlıq araq alaq. “Məhəllə” marketən araq alıb geri qayıtdım. Sonra yenidən araq almaq istəyəndə İmran daha içmək istəmədi.
Mən mağazaya getdim, araq alıb qayıtdım. İmranın evinin işıqları sönmüşdü. Mən evə girəndə ayağa qalxıb işıqları yandırdı. Onu araq içməyə dəvət etdim. Dedi ki, içmir, daha bəsdir.
Mən arağı içdikdən sonra İmran dedi ki, dur get, dincəlmək istəyirəm. Hiss etdim ki, dilim söz tutmur, ayağa qalxa bilmirəm. Dilim də söz tutmadığı üçün ona cavab verə bilmədim. İmran yaxamdan tutaraq qaldırdı və məni giriş qapısına tərəf itələdi. Dedim, niyə yaxamdan tutub itələyirsən?
Üstümə gəldi, sinəmə yumuruq vurdu. Mən də onun yaxasında tutdum. Sinəmdən yenə vurdu, ünvanıma nalayiq söyüş söydü. Masanın üzərində olan mətbəx bıçağı götürüb onun sol tərəfdən kürək nahiyəsinə vurdum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs 2 il 8 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO
Sərnişinin bu hərəkəti taksi sürücüsünü əsəbiləşdirdi - VİDEO
Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB
Məşhur avtomobil markasının zavodu KÜLƏ DÖNDÜ
"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO
Gəncədə gənc qız falçıya 25 min verdi, aldadıldı: İnsanlar belə fırıldaqçılara niyə inanır? - AÇIQLAMA
Sürücülərin əl çəkmədiyi vərdiş - Yollarda hər gün yaşanan “zolaq xaosu” - VİDEO
Paytaxtda bu marşrut xətti üzrə gediş haqqı artırılıb? – “BakuBus”dan AÇIQLAMA- FOTO
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO
Bakıda Pakistan vətəndaşının başına iş gəldi - FOTO - VİDEO











