Kriminal aləmi təbliğ edən şəxs saxlanıldı - 100 manat cərimələndi

Sabirabad rayonunda kriminal aləmi təbliğ edən şəxs saxlanılıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Elman Əsədov (ad və soyad şərtidir) mütəmadi olaraq sosial şəbəkədə kriminal aləmin təbliği ilə bağlı paylaşımlar edib. Məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Yolçubəyli kəndində ona yaxınlaşıb profilaktik söhbət aparmaq istəyiblər. E.Əsədov paylaşım etməkdə sərbəst olmasını bildirib və bu barədə polisə məlumat verən şəxsin ünvanına nalayiq ifadələr işlədib. Polis əməkdaşları onu intizama dəvət etsə də, E.Əsədov hərəkətlərini davam etdirib. E.Əsədov saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı inzibati protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə E.Əsədov 100 manat cərimə edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












