Külli miqdarda qızıl-zinət əşyasının qanunsuz yolla keçirilməsinin qarşısı alındı - FOTOLAR

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşları (bir ailənin üç üzvü) “yaşıl kanal” vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar.
Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2023-cü il və 2024-cü ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən qızıl-zinət əşyalarının və qiymətli daşların gömrük sərhədindən qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib.
Bu faktlar üzrə hüquqpozma predmeti kimi 54 kiloqrama yaxın qızıl-zinət əşyaları və qızıl külçələrin, 613 karatdan çox qiymətli daşların qanunsuz keçirilməsinin qarşısı alınıb.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












