Lamiyəyə 11 bıçaq zərbəsi uşaqlarının gözü qarşısında vurulubmuş - VİDEO

"Bir həftə əvvəl rəsmi olaraq boşanıblar. Bu gün qız işdən qayıdanda anası və iki uşağı da yanında olub".
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu sözləri əri tərəfindən fiziki zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilən Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayevanın dayısı Vüqar Ağayev deyib.
"Evə qalxanda Tural liftin qarşısında onların yolunu kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında təhlükəsizlik kameraları var. İlk olaraq 11 bıçaq zərbəsi endirib, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını çəkib, bıçaq ağız nahiyəsini də kəsib. Hadisə uşaqların gözü qarşısında baş verib. Hazırda Lamiyə bir saatdan çoxdur ki, əməliyyatdadır. Qonşular köməyə gələndə onun əlində bıçağı görüb hamısı qorxub qaçıblar. Yalnız bir qadın süpürgə ilə müdaxilə edib. Bu insanda narkotik vasitələrin təsiri hiss olunurdu, çünki ağzından köpük gəlirdi və görünürdü ki, o, içki təsiri altındadır. Son vaxtlar hamını şantaj edərək pul tələb edirmiş".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












