Ləbibovun oğlu iki şəxsiyyət vəsiqəsi işlədirmiş - Həbs edildi

“Azərbaycan Nəşriyyatı” MMC-nin (“Azərnəşr”) sabiq baş direktorunun birinci müavini Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov dələduzluqda ittiham olunur.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, iki nəfəri işə düzəltmək adı ilə aldadıb.
Ləbibov zərərçəkmişlərin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, o, dələduzluq yolu ilə 95 min manat pul ələ keçirib. İstintaq orqanı əvvəl onun həbsinə zərurət görməyib, məhkəməyə qədər barəsində alternativ qətimkan tədbiri seçilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
Prosesdə zərərçəkmiş şəxslərdən birinin nümayəndəsi iş üçün əhəmiyyət kəsb edən bəzi məsələlər barədə məhkəməyə məlumat verib. O, təqsirləndirilən şəxsin iki şəxsiyyət vəsiqəsindən istifadə etdiyini məhkəmənin diqqətinə çatdırıb. Qeyd edib ki, bu, müttəhimin ölkədən çıxmasına gətirib çıxara bilər. Həmin səbəbdən seçilmiş alternativ qətimkan tədbirinin həbslə əvəz edilməsini xahiş edib.
Məhkəmə qısa araşdırmadan sonra təqsirləndirilən şəxsin əlavə “Kərimov Rəşad Ləbib oğlu” kimi ikinci şəxsiyyət vəsiqəsi daşıdığını təsdiq edib. Sözügedən hal təqsirləndirilən şəxsin istintaqdan yayınmasına səbəb ola biləcəyindən onun həbsinə qərar verilib. Müttəhim məhkəmə zalından istintaq təcridxanasına aparılıb.
İlk baxış iclası sentyabrın 17-si keçiriləcək.
Qeyd edək ki, Ləbib Ləbibov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, uzun müddət “Azərbaycan Nəşriyyatı”nın baş direktoru Ağabəy Əsgərovun birinci müavini işləyib. A.Əsgərov 2021-ci ildə Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.
“Pepsi”nin maşını binanın fasadını uçurub aradan çıxdı - FOTOSESSİYA
Prospektdə arxa-arxaya hərəkət edən sürücü piyadanı vurdu - VİDEO
Neft Emalı Zavodundakı yanğın söndürülüb - YENİLƏNİB
İki dəfə sərxoş tutulan sürücünün 83 minlik maşını hərracda satılacaq – SƏRT QƏRAR
Qubada sürüşən yolda vəziyyət daha da pisləşdi - VİDEO
Göyçayda ağac maşının üzərinə aşdı - Yolda hərəkət dayandı - FOTOLAR
Bakıda kişi qadınlara qarşı görün nə etdi - Avtobusda ŞOK OLAY - VİDEO
Avtobusun altında qalmaqdan son anda qurtulan gənc qız sürücüyə irad bildirdi - VİDEO
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər - VİDEO
Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu










