Lənkəranda ana və oğlunu, daha sonra özünü bıçaqlayan şəxsə hökm oxunub

Lənkəranın Tükəvilə kəndində ana və oğlunu bıçaqlamaqda təqsirləndirilən Firqət Fuad oğlu Ağazadənin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlərt Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Firqət Ağazadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermada onun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədovanı bıçaqlayıb. Anasının səsinə gələn Valeh Məmmədov da F.Ağazadənin hücumuna məruz qalıb.
Sonra isə Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.
Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Firqət Məmmədov tibbi yardımdan göstəriləndən sonra polisə təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.3 maddəsi ilə cinayət işi açılıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












