Lənkəranda sərxoş qadın iranlı TIR sürücüsünü qarət etdi

Lənkəranda sərxoş qadın TIR sürücüsünü qarət edib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun 164-cü kilometrliyində, Lənkəran rayonu Girdəni kəndində qeydə alınıb. İttiham aktına görə, 52 yaşlı Arifə Məcidova (ad və soyad şərtidir) sərxoş halda yol kənarında dayanıb evinə getmək üçün avtobus gözləyirmiş. Bu zaman ölkələrarası yükdaşıma ilə məşğul olan İran vətəndaşı idarə etdiyi TIR-ı onun yaxınlığında saxlayıb. O, sürücünün icazəsi ilə avtomobilə əyləşib. Yolda Arifə sürücünün pul kisəsini saxladığı yeri görüb. Sürücü avtomobildən düşüb aşağıda iş görərkən Arifə içərisində 900 dollar (təxminən 1530 mana) pul kisəsini götürüb. Zərərçəkən bunu biləndə isə Arifə inkar edərək, maşından düşüb və pulu çəmənlikdə çınqılın arasına ataraq, ərazidən gedib. Sonra taksi ilə həmin yerə pulu götürməyə qayıdıb. Lakin bu zaman həmin TIR və sürücüsü də orada olub. Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib. Nəticədə Arifə Məcidova saxlanılıb və barəsində cinayət işi açılıb. Lənkəran rayon Məhkəməsinin qərarı ilə Arifə Məcidova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












