Lənkəranda vəzifəli şəxsin üstünə benzin töküb yandırmaq istədi

Lənkəran rayonunda şirkət rəhbərinə qarşı xuliqanlıq etmiş Təngivan kənd sakini, 1962-ci il təvəllüdlü Əlibala Nemətov (soyadlar şərtidir) cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, hadisə kənd ərazisində yerləşən “PROFCO” MMC-nin işlətdiyi qum-çınqıl yatağında baş verib.
Əlibala Nemətov qum-çınqıl istehsalı müəssisəsinin yaşadığı evinə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bildirib. O, səhər saatlarında yaşadığı evdən özü ilə 1 ədəd bir litrlik plastik butulkada benzin götürərək müəssisənin həyətinə gəlib. Burada Əlibala müəssisənin rəhbəri Şaiq Babayevlə dalaşaraq onlardan fəaliyyətlərini dayandırmağı tələb edib. Həmçinin uca səslə söyüş söyüb, əlindəki benzini direktorun üstünə töküb və ona yüngül xəsarətlər yetirib.
Ətrafdakı şəxslərin və oraya gələn polisin iştirakı ilə Əlibala saxlanılıb.
Onun barəsində Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi açılıb.
Cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün öncə çıxardığı hökmlə 62 yaşlı Əlibala Nemətova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun bədəninə eletrok qolbaq yerləşdirilib və yaşadığı yeri tərk etməmək kimi vəzifələr üzərinə qoyulub. (Publika.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












