Leyla və körpəsini öldürən Fəridə ömürlük həbs tələbi - FOTO

20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror bəyan edib ki, təqsirləndirilən şəxs törətdiyi cinayətə görə ömrü boyu evinə qayıtmağa layiq deyil. Bu əsasla Fərid qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilməli, qalan ömrünü həbsxanada keçirməlidir.
Zərərçəkmiş tərəf də ittiham tərəfinin tələbindən razı qalıb.
Müdafiə tərəfinə çıxışa hazırlanması üçün vaxt verilib.
Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub.
Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.
Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












