Liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az-ın məluatına görə, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alanlardan üç nəfər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) xəsarət alıb.
Xəsarət alanlardan 3 nəfər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan iki nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər bir nəfər isə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil qiymətləndirilir. Digər iki nəfər isə özəl tibb müəssisəsinə hospitalizasiya olunub".
Xatırladaq ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılıb, şaxtaya düşüb. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb. Nəticədə beş qadın xəsarət alıb. Liftdə yeddi nəfərin olduğu məlum olub.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












