Lombarda hücum oldu - Balta sapı ilə ... - VİDEO

Kürdəmirdə lombarda hücum olub, balta sapı ilə şüşələr sındırılıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Lombardın sahibi Zümrüd Abdullayeva iddia edir ki, səhər saatlarında həyat yoldaşı Yasər Abdullayev lombardda olarkən rayonun Sığırlı kənd sakini Vüsalə adlı qadın azyaşlı oğlu ilə birgə üzərində olan balta sapı ilə obyektin şüşələrini sındırıb. Hadisəyə səbəb isə həmin qadının lombarda qoyduğu qızılları geri ala bilməməsidir. Zümrüd Abdullayevanın sözlərinə görə, bu səbəbdən Vüsalə xanımla aralarında bir neçə dəfə narazılıq olub. Digər müştərilərlə razılığa gəlinsə də, hadisəni törədən qadınla bu mümkün olmayıb. Ona digər qızıllar da təklif olunub. Həmin qadın isə məhz öz əşyalarını geri istəyir. Obyekt sahibi məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verib. Bu hadisə adı hallanan digər şəxs -İsmayıl Cəfərovla da əlaqə saxladıq. O isə məsələnin hüquq müstəvisində həll olunacağını dedi.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirildi ki, polisə bu gün səhər saatlarında bir nəfər qadının mübahisə zəminində küt alətlə Kürdəmir rayonu ərazisində yerləşən lombardın şüşəsini sındıraması barədə məlumat daxil olub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Daha ətraflı videomaterialda.
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












