Lütvəli Babayevin biznesmen oğlu TÜRKİYƏYƏ QAÇIB

Paytaxtda tikinti şirkətinin rəhbərinin 2 milyon manatdan artıq pulunu mənimsəyən Aruz Əliyev və Ehtiram Kərimovun cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda ittiham olunan şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Hər iki təqsirləndirilənlərin müdafiəçiləri vəsatətlə çıxış edərək, müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə dəyişdirilməsini məhkəmədən xahiş ediblər. Buna münasibət bildirən dövlət ittihamçısı, vəsatətlərin qəbul olunması üçün hər hansı bir əsasın olmadığını bildirərək cinayət işinin məhkəmə istintaqına verilməsini istəyib.
Vəkillərin vəsatətləri növbəti proseslərdə müzakirə olunanadək açıq qalıb. Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində tikinti şirkətinin sahibi olan Babəli Babazadə tanınıb. Araşdırmalarla müəyyən edilib ki, Babəli Babazadə idarə etdiyi tikinti şirkətinin 1 milyon manat vergi borcunun olması barədə və bu vəziyyətdən mövcud çıxış yolunu axtarmaq məqsədilə tanışları Aruz Əliyev və Ehtiram Kərimovdan yardım istəyib. Əvvəllər "Uniklinika"da baş həkim işləmiş Aruz Əliyev yaranmış borcdan yaxa qurtarmaq üçün onun ölkə hüdudlarından uzaqlaşmağı məsləhət görüb.
Aruz Əliyev və Ehtiram Kərimov müvafiq sənədləşmə məsələlərində Babəli Babazadəyə yaxından dəstək olaraq, onun ölkədən çıxmağına nail olublar. Babəli Babazadə paytaxtdakı əmlaklarının idarə edilməsini Aruz Əliyev və Ehtiram Kərimova etibar edib. Onlar bu etibardan istifadə edərək, iş adamına məxsus əmlakı 2 milyon manata sataraq şəxsi məqsədlərinə istifadə ediblər. Babəli Babazadənin şikayəti əsasında hər iki şəxs saxlanılaraq, barələrində Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, Babəli Babazadə sonuncu dəfə Zərdabın icra başçısı vəzifəsində çalışıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












