Maşında yüksək səslə müsiqiyə qulaq asdı - Həbs edildi

Baləkəndə avtomobildə yüksək səslə müsiqiyə qulaq asaraq qohumlarını narahat edən şəxs həbs edilib. Qaynarinfo-nun məlumatına görə, hadisə Balakən şəhərinin Ə.Əfəndiyev küçəsində baş verib.
Belə ki, 1966-cı ildə Balakən rayonu Talalar kəndində anadan olmuş İlham Sərrəfov (soyad şərti) sərxoş vəziyyətdə həmin ünvanda yerləşən evinə gələrək, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qonşuluqda yaşayan qohumlarını narahat edib. İlham hətta qohumlarının ailə üzvlərini küçə söyüşləri ilə söyüb təhqir edib. Bu azmış kimi maşında yüksək səslə mahnı qoyaraq, onların narahatlığına səbəb olub.
Şikayət əsasında saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə İlham nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirib ki, əksinə, qohumu Faqin həyətində işlətdiyi sexdən gələn səs ona və ailəsini narahat edir. Son hadisə günü də içki içdikdən sonra sexdən gələn səsə görə Faiqə iradını bildirib və onu təhqir edib. Faiq də bu səbəbdən İlhamın maşınında yüksək səslə mahnı qoyaraq onları narahat etdiyini deyib.
Məhkəmənin qərarı ilə İlham 5 gün müddətinə həbs edilib.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












