Maşını etibarnaməsiz və narkotikin təsiri altında sürən şəxs SAXLANILDI

Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Taqımının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, Azər Kərimov “Hyundai” markalı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı Azər Kərimovun nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi müəyyən olunub. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməyə dəvət edilsə də, o, polisin qanuni tələblərinə tabe olmayaraq bundan imtina edib. Görülən tədbirlərlə tibbi müayinədən keçirilən Azər Kərimovun narkotik maddə qəbul etməsi aşkarlanıb.
Faktla bağlı inzibati qanunvericiliyə uyğun müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












