Maşınla birlikdə Kür çayına düşən şəxslər içkili olub? - Elxanın anası DANIŞDI

Xəbər verdiyimiz kimi, Kür çayının Tovuzun Hunanlar kəndi ərazisindən keçən hissəsində bədbəxt qeydə alınıb. Rayonun Bayramlı kənd sakini 35 yaşlı Tural Quliyev idarə etdiyi VAZ 21 07 markalı avtomobillə Kür çayına düşüb. Həm vaxt avtomobildə Abulbəyli kənd sakinləri 33 yaşlı Vüqar Cəfərov, 36 yaşlı Elxan Sadıqov və 32 yaşlı Turqut İbrahimov da olub. Nəqliyyat vasitəsini suya düşdükdən sonra Turqut İbrahimov üzərək sudan çıxa bilib.
Digər üç nəfər isə avtomobillə birlikdə batıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli gəmilərə nəzarət sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hazırda Kürdə batan şəxslərin axtarışları davam etdirilir.
Elxan Sadıqovun anası Firuzə xanım hadisə ilə bağlı Modern.az-a danışıb.
O bildirib ki, hadisə baş verən gün saat 4-də böyük oğlu Elxanı gətirməyə getdiklərini deyərək evdən çıxıb:
“Oğlum epilepsiya xəstəsidir, elə bildik yenə epilepsiya tutub. Səhər saat 6-da da dedilər ki, maşınla birlikdə suya batıblar. Hadisənin səbəbkarı Tural Quliyev olub. Vüqarın da, Elxanın da evini Tural yıxdı. Həmin gecə də içkili olub. Bu insan hərbçi idi. Dəfələrlə dedim ki, oğlumdan uzaq dur. Zəng edib aparmasa idi, indi oğlum evdə idi. Avtomobildə olan hər kəsi o zəng edib çağırıb. Üç qonşu üçümüzün də evini yıxdı”.
Firuzə xanım qeyd edib ki, hadisə olan gün Tural ailəsini kəndə qoyub Kür qırağına gedib:
“Turalın özünün iki qızı bir oğlu, Vüqarın da bir qızı və hamilə yoldaşı geridə qaldı. Dönüş yolunda içkili olacaqlarını deyərək avtomobili idarə etməsi üçün Vüqarı da məcbur aparan Tural olub”.
Fövqəladə Hallar Nazirliyindən cavab olaraq bildirib ki, şəxslərin axtarışları davam etdirilir.
Qeyd edək ki, Tural Quliyev Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) olub.
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO










