Maştağada 75 yaşlı qadını qətlə yetirib, oğurluq edən şəxsə hökm oxunub

Bakıda mənzilə basqın edərək 75 yaşlı qadına qarşı quldurluq edib, onu qətlə yetirməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Süleyman Cəbiyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Süleyman Cəbiyev 19 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Qeyd edək ki, hadisə mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Albalılıq yaşayış massivində baş verib. Məlumata görə, Süleyman Cəbiyev 1950-ci il yəvəlludlü Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə evə daxil olub. O, bıçaqla ev sahibinin boyun nahiyyəsinə çoxlu zərbələr endirib.
75 yaslı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Süleyman Cəbiyev qadının mənzilindən 450 manat oğurlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb. Cinayət Məcəlləsinin 120.2.4- cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə qəsdən adam öldümə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












