Məhkəmə sabiq rəisin ölümünə səbəb olan bank işçisi ilə bağlı qərar verdi

Ali Məhkəmədə 2022-ci ilin oktyabrın 10-u Sumqayıt şəhəri Bulvar küçəsində ağır qəza törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Timur Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Avtosfer.az-ın Pravda.az-a istinadən məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Timur Məmmədov idarə etdiyi “Chevrolet Camaro” markalı 10 DL 066 dövlət qeydiyyat nişanlı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vuraraq öldürüb. O, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilir. Məlumata görə, banklardan birinin əməkdaşı olan Timur hadisə vaxtı avtomobili təyin edilmiş sürət həddindən yüksək sürətlə idarə edirmiş. O, hadisə vaxtı öndə gedən digər avtomobilin piyadanı görməsini çətinləşdirdiyini və hadisənin ani baş verdiyini deyib. Mərhum Ç.Alxanlının ailəsi ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan sürücüyə ağır cəza verilməsini tələb edib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Məmmədova 2 il sürücülük hüququ məhdudlaşdırılmaqla 5 il 1 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Timur Məmmədovun şikayətini təmin etməyib.
Xatırlatma: Ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub. O, “FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO












