Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı - TƏFƏRRÜAT

Bakıda tanış olduğu iki yeniyetmə qızı Qusara qaçıraraq onlara qarşı əxlaqsızlıq edən Qusarın Piral kənd sakini 2005-ci il təvəllüdlü A.H həbs edilib.
19 yaşlı oğlan barəsində Cinayət Məcəlləsinin 150.3.3 və 150.2.5-ci maddələri ilə cinayət işi açılıb.
Bəlli olub ki, valideynlərinin boşanmasından bir müddət sonra Amir atası ilə Bakıya gələrək kirayə ev tutub. Atası geri qayıtdıqda isə o, Xırdalanda tanışları ilə kirayədə qalıb. Bu müddət ərzində Amir "Instagram" sosial şəbəkəsində 14 yaşlı qızla tanış olub və onunla Alatava ərazisində yerləşən meşə-parkda görüşüb.
Amir 14 yaşının tamam olmasına bir neçə ay qalmış qıza onunla evlənəcəyini deyib və Qusara birgə qaçmağa razı salıb. Daha sonra onlar Qusarda Amirin atasının evinə gediblər. Burada gənc oğlan yetkinlik yaşına çatmayan qızla əlaqədə olub. Qızın evdən qaçmasından sonra Amir yenidən paytaxta qayıdıb. Bu dəfə o, 16 yaşlı qızla tanış olub və onu da eyni formada aldadaraq Qusara aparıb və onunla yaxınlıq edib.
Toplanmış materiallar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Amir Hakimov səkkiz il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. (publika.az)
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












