Mərdəkanda avtobus piyadanı vurdu - YENİLƏNİB

"Bakının Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə baş verən yol-nəqliyyatı hadisəsi 8 oktyabr saat 14:15-də qeydə alınıb".
Bu məlumatı açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli verib.
"Hadisə Mərdəkan qəsəbəsi, Yesenin küçəsində qeydə alınıb. Belə ki, "ISUZU" markalı 77-CZ-241 dövlət nömrə nişanlı 112 saylı xətt avtobusu piyadanı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır",- deyə T.Nəsirli bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 8 oktyabr saat 15:30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən piyadavurma səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 68 yaşlı (qadın cinsli) şəxs kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilib.
(oxu.az)
***
Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.
Belə ki, sərnişin avtobusu 1956-ci il təvəllüdlü Rzayeva Böyükxanım İldırım qızı yol kənarında olarkən onu vurub.
Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












