Meriyanın milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir? - FOTO

Kiyevdə mənzil inşaatı şirkətinə rəhbərlik edən və torpaq alveri ilə məşğul olan Vaqif Abdullayev paytaxt sakinlərinə çoxmərtəbəli binada yararsız mənzillər satıb.
Bu barədə Ukraynanın "İnformator” saytı yazıb.
Bildirilir ki, söhbət Kiyevin Qlıboçitskaya küçəsi, 25 ünvanında yerləşən yaşayış binasından gedir. Sakinlər binaya köçəndən sonra məlum olub ki, mənzil tikən şirkət su təchizatı ilə bağlı müqavilə bağlamayıb. Bu səbəbdən insanlar binanın yaxınlığında yerləşən quyudan su çəkməyə məcbur olublar. O da bildirilir ki, binada adekvat diametrdə kanalizasiya boruları da yoxdur.
Məlumata görə, binada işıqla bağlı da ciddi problemlər üzə çıxıb. Belə bir yaşayış sahəsinə xidmət göstərmək üçün ən azı 1 meqavat elektrik enerjisi lazımdır ki, bu da mövcud deyil. Sakinlərin daha bir ciddi şikayəti binanın istilik sistemi ilə bağlıdır. Binanı tikən azərbaycanlı iş adamı sakinləri inandırıb ki, istilik birbaşa evin damına quraşdırdığı qaz qazanxanası ilə həll ediləcək. Bildirilir ki, amma bunun üçün də müvafiq icazə alınmayıb.

"İşi başa çatdırmaq, lazımi texniki şərtləri əldə etmək Vaqif Abdullayevin mənimsədiyi milyonlarla qrivnaya başa gələcək. Buna görə də, aldanmış sakinlərin yalnız bir yolu var - yenidən pul ödəmək və bu dəfə pulun təyinatı üzrə xərclənəcəyinə ümid etmək ”, – nəşr yazır.
Binada uşaq meydançası və dayanacaq da yoxdur. Yerin altından çıxan armatur sakinlərin həyatı və sağlamlığı üçün təhlükəlidir ki, bu da bütün təhlükəsizlik qaydalarının pozulması deməkdir. Hazırda vəziyyətin dəyişməsi, insanların normal şəraitdə yaşaya bilməsi üçün heç bir perspektiv və ya ilkin şərt yoxdur. "İnformator”un iddiasına görə, ukraynalılardan oğurlanan pulları götürüb aradan çıxan Vaqif Abdullayev artıq özünü tarixi vətəni Azərbaycanda "təhlükəsiz hiss edir”.
"Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, Abdullayev binanı paytaxt büdcəsindən ayrılan puldan tikirmiş. O, binanı 2021-ci ildə istifadəyə verəcəyinə söz verib, amma hələ də yerinə yetirməyib”, - materialda deyilir.
Ukrayna mediası yazır ki, Vaqif Abdullayev 2000-ci illərin əvvəllərindən Kiyevdə məskunlaşıb. 2011-ci ildə o, Rusanovskaya sahilindəki yaşıllığın bir hissəsini ələ keçirib və burada restoran tikməyə başlayıb. 2015-ci ildə ona məxsus olan "Vaqra” MMC tikinti şirkəti "Protasov Yar” qoruğunun tərkibinə daxil olan Batyeva Qora ərazisində özbaşına 12 mərtəbəli bina tikməyə başlayıb. Qeyri-qanuni tikintiyə görə inşaat şirkəti ilə uzunmüddətli məhkəmə də olub.
"Hüquq-mühafizə orqanları Kiyev sakinlərini tikinti fırıldaqçılarından qorumalıdır. Abdullayev barədə bir neçə il əvvəl cinayət işini açmaq və düzgün araşdırma üçün bütün əsaslar var idi və Abdullayev layiqli cəzasını almalı idi. Ancaq fırıldaqçı hələ də azadlıqdadır”,- deyə "İnformator" yazır.(musavat.com)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












