Meşə yanğınını söndürərkən 4 nəfər həlak olub

Hindistanın şimalındakı Uttarakhand əyalətində yanğını söndürərkən dörd meşə işçisi həlak olub, dördü isə yanıq xəsarətləri alıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, hadisə Uttarakhand ştatının paytaxtı Dehradundan təxminən 370 kilometr şərqdə, Almora rayonunda Binsar Vəhşi Təbiət Qoruğunda baş verib.
Meşə idarəsi rəsmilərinin sözlərinə görə, yanğını söndürmək üçün səkkiz nəfərdən ibarət qrup hadisə yerinə gəlib. Lakin külək alovu daha da gücləndirib. Yaralılar təyyarə ilə xəstəxanaya çatdırılıb.
Rəsmilər ştatda yanğınların yenidən baş qaldırmasını havaların isti və quraq keçməsi ilə əlaqələndiriblər. Son 24 saat ərzində 4,5 hektar meşə sahəsinə ziyan vuran yeddi yanğın hadisəsinin qeydə alındığı bildirilir.
Qeyd edək ki, ötən ay ştatın Almora və Qarxval rayonlarında baş verən meşə yanğınlarında beş nəfər həlak olmuşdu.
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO












