Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib "Qarabağ" qoydu

Ötən ilin avqust ayında qanunsuz qumar oyunlarının təşkil edildiyi "Huqqa" restoranının rəhbərliyi cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, restoranın sahibi 1981-ci il təvəllüdlü Rasim Rzayev və müdiri 1998-ci il təvəllüdlü Nuranə Səlimovaya hökm oxunub.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxs Cinayət Məcəlləsinin 244-1.2.1 və 244-1.2.4-cü (Qumar oyunlarının təşkili və ya keçirilməsi) maddəsi ilə təqsirli bilinib. Onların hər biri 10 min manat cərimə edilib, həmçinin üzərlərindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri saxlanılıb.
Qeyd edək ki, polisin keçirdiyi tədbirlər zamanı obyektin gündüzlər restoran, axşam saatlarında isə qumarxana kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
"Huqqa"nın sahibi isə qumarxananın aşkar edilməsi barədə məlumatlar ictimailəşdikdən sonra restoranın adını "Qarabağ" olaraq dəyişdirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












