"Meta" şirkəti dələduzluq reklamları və uşaqlar üçün təhlükələrə görə məhkəməyə verilib

ABŞ-nin Vircin adalarının hakimiyyəti “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan "Meta" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət platformalarında dələduzluq xarakterli reklamların yayılmasına və uşaqlar üçün təhlükə yaradılmasına göz yummaqda ittiham olunur.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, "Reuters"in məlumatına görə, iddiada "Meta"nın öz platformalarında yayımlanan saxta investisiya təklifləri, maliyyə fırıldaqları və digər dələduzluq reklamlarından xəbərdar olmasına baxmayaraq, lazımi tədbirlər görmədiyi qeyd edilir.
Vircin adalarının baş prokuroru bildirib ki, "Meta" bu cür reklamlar vasitəsilə böyük gəlir əldə edir və istifadəçilərin, xüsusilə də azyaşlıların təhlükəsizliyini kommersiya maraqlarına qurban verir. İddiada vurğulanır ki, sosial şəbəkələr uşaqları psixoloji risklərə, istismara və zərərli məzmunlara məruz qoyur.
"Reuters" yazır ki, məhkəmə iddiasında "Meta"nın daxili sənədlərinə istinad edilərək, şirkət rəhbərliyinin platformalarda mövcud problemlərdən xəbərdar olduğu, lakin reklam gəlirlərinin azalacağı qorxusu ilə effektiv nəzarət mexanizmlərini tətbiq etmədiyi iddia olunur.
"Meta" isə ittihamları qəbul etmir. Şirkətin nümayəndəsi açıqlamasında bildirib ki, dələduzluq və uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə ciddi yanaşılır, zərərli reklamların qarşısını almaq üçün süni intellekt və insan nəzarəti mexanizmlərindən istifadə olunur.
Qeyd edək ki, "Meta" son illər ABŞ-də və digər ölkələrdə platformalarında uşaqların təhlükəsizliyi və zərərli məzmunun yayılması ilə bağlı bir sıra istintaq və məhkəmə prosesləri ilə üzləşib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












