MS-13-ün 248 üzvünə hökm oxundu: Biri 1335 il həbs cəzası aldı

El Salvador məhkəməsi beynəlxalq "Mara Salvatrucha" (MS-13) cinayət dəstəsinin 248 üzvü barəsində hökm çıxarıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onlardan 10 nəfəri bir neçə yüz il müddətinə azadlıqdan məhrum edilib, bir cinayətkar isə 1335 il həbs cəzası verilib. Bu barədə ölkənin baş prokurorluğunun ofisi məlumat yayıb. El Salvador prezidenti Nayib Bukele 2022-ci ilin martında cinayətkar qruplaşmalara qarşı müharibə elan edərək fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu rejim məhkəmə orderi olmadan həbslərə imkan verir. Həmin vaxtdan etibarən dəstələrlə əlaqədə şübhəli bilinən 90 mindən çox şəxs saxlanılıb. Onlardan yalnız 8 mini sonradan ittiham irəli sürülmədən azadlığa buraxılıb. Baş prokurorluğun ofisinin açıqlamasında qeyd olunur ki, məhkəmə MS-13-ün 248 üzvü barəsində "nümunəvi hökmlər” çıxarıb. Onlara qarşı irəli sürülən ittihamlar arasında 42 qətl və 42 adam oğurluğu faktı da yer alıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












