Müdafiə Nazirliyini aldadan iş adamının - Cəzası azaldıldı

Müdafiə Nazirliyinin silah-sursat anbarının tikintisinə ayrılan 7 milyon manatı mənimsəməkdə təqsirli bilinərək 10 il həbsə məhkum edilən şirkət rəhbəri Üzeyir Həsənovun cəzası azaldılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Ali Məhkəmə məhkumun kassasiya şikayəti əsasında belə qərar qəbul edib.
Ü.Həsənovun əməli Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsindən 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsinə tövsif edilib. Bu dəyişikliklə onun cəza müddəti 10 ildən 8 ilə endirilib.
Qeyd edək ki, “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənov 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməyərək qiymətləri şişirdib. Şirkət rəhbərinin qanunsuz fəaliyyəti nəticəsində dövlətə 7 milyon manat ziyan dəyib. O, Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının təmir-bərpa işlərinin aparılmasını öz üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. Bu epizod üzrə Həsənova 1.8 milyon manatlıq mənimsəmə ittihamı verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il həbsdən əlavə, onun 10 milyonluq əmlakı da müsadirə edilib. Sonradan apellyasiya instansiyası cəza müddətini 10 ilə salıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












