Müəlliminə mesaj yazıb, piknikə çıxan məktəbli tapıldı

Bir neçə gün əvvəl ailəsindən xəbərsiz yaşayış yerini tərk edən Ağsu şəhər 3 saylı tam orta məktəbin şagirdi tapılıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev hadisənin təfərrüatlarını açıqlayıb.
Xidmət rəisinin sözlərinə görə, skuterlə naməlum istiqamətə gedən məktəbli müəlliminə valideyninin adından mesaj yazıb.
"Uşaqlarınızı nəzarətsiz qoymayın: həyəcanlı axtarış “dərs”ə çevrildi
Skuterlə naməlum istiqamətə getmişdi. Məktəbli anasının telefonundan müəlliməsinə “xəstələnib, dərsə gəlməyəcək” mesajı yazmışdı. Polis o uşağın tapılması üçün bir neçə saat davam edən həyəcanlı tədbir keçirdi və bu, bütün valideynlərə dərs olmalıdır.
Məlum olub ki, uşaq rayona yaxın kəndin meşəlik ərazisinə evdən götürdüyü örtüklə “piknik” etməyə gedib. Fərqinə varmayıb ki, rayon polisinə həyəcan siqnalı verilib. Uşaqları nəzarətsiz qoymayın, müəllimləri ilə ünsiyyətinizi diqqətdə saxlayın, əziz valideynlər", - deyə Elşad Hacıyev bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












