Mühafizəçini öldürməkdə təqsirləndirilən direktor müavininin məhkəməsi başlayıb

Bakıda orta məktəbin mühafizəçisini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun məhkəməsi başlayıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı deyib ki, cinayət iş üzrə hər hansı bir prosessual pozuntuya yol verilməyib, ona görə də işin məhkəmə baxışına verilməsinə etiraz etmir.
Vəkil iş materialları ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.
Proses sentyabrın 19-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə bu il Xətai rayonu 55 saylı məktəbdə qeydə alınıb.
Natiq Mehdi saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.
O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












