Müşfiq Feyziyevin evi yanıb - İkinci bənzər hadisə... - FOTO

“Mücrü” Nəşriyyatının direktoru, yazıçı-naşir Müşfiq Feyziyev (Füşfiq Xan) bədbəxt hadisə ilə üzləşib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 5-i səhərə yaxın Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.
Elektrik naqillərindəki qısaqapanma nəticəsində ikimərtəbəli evin mansard hissəsində yanğın başlayıb. Qısa müddətdə alov bütün evi bürüyüb.
Həmin vaxt Müşfiq Xan özü də ailə üzvləri ilə birgə evdə olub. Xoşbəxtlikdən vaxtında müdaxilə edərək ailəsini evdən çıxara bilib, heç biri xəsarət almayıb. Amma ev bütün əşyaları ilə birgə külə dönüb.
“Mücrü” nəşriyyatının anbarı da evdə yerləşib. Yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub. Bununla da nəşriyyata külli miqdarda ziyan dəyib. Bu səbəbdən yaxınları, yazar dostları Müşfiq Xana dəstək məqsədilə kampaniya başladıblar.
Qeyd edək ki, bu, naşirin başına gələn ikinci oxşar hadisədir. Belə ki, bu ilin yayında da “Mücrü” nəşriyyatının anbarı yanmışdı.










Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












