Musiqiçi toya getmədi, iş yoldaşı onu bıçaqladı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Ağdaş rayonunda musiqiçilər arasında baş verən bıçaqlanmanın təfərrüatları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Ağdaş rayonu, Binələr kəndində yaşayan gitara ifaçısı Qurbanov Əhmədiyə Qurban oğlu əslən Kotavan kəndindən olub. O, həmkəndlisi olan müğənni, 1972-ci il təvəllüdlü Hüseynov Yusif Əsgər oğlunun musiqiçi dəstəsində olub və həmişə birlikdə toy məclislərinə gedirmişlər.
Yusif Hüseynov hadisədən bir gün əvvəl rayon ərazisində keçirilən toy məclisində olsa da, həmin toya Ə.Qurbanovu yox, başqa gitara ifaçısını aparıb. Bunu eşidən Ə.Qurbanov toy məclisi başa çatandan sonra spirtli içki qəbul edərək evindən bıçaq götürüb, Y.Hüseynovun evinə gəlib. O, müğənnini evindən çölə çağırıb və mübahisə edib. Mübahisə davaya çevrilib və Ə.Qurbanov müğənniyə iki bıçaq zərbəsi endirib. Y.Hüseynovun yerə yıxıldığını görən gitara ifaçısı hadisə yerindən qaçıb. Müğənni ailə üzvlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
***09:48
Mayın 7-də gecə saatlarında Ağdaş rayonu ərazisində 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov bıçaqla 53 yaşlı Yusif Hüseynovun qarın və kürək nahiyəsinə xəsarət yetirib. Rayonda musiqiçi kimi fəaliyyət göstərən şəxslərin arasında mübahisəyə səbəb Y.Hüseynovun Ə.Qurbanovla toy sifarişinə getməməsi olub. Sonuncunun hadisə zamanı sərxoş olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












