“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İB yeni layihəyə start verib

“Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnfiormasiya İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” mövzusunda layihənin icrasına başlayır.
Avtosfer.az xəbər verir ki, layihə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, habelə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi ilə əlaqədar piyada təhlükəsizliyinin prioritet olduğunu vurğulamaq məqsədilə həyata keçiriləcək. Layihənin əsas hədəfi müasir dövrdə insan yönümlü şəhər konsepsiyasının detallarını, onun praktiki əhəmiyyətini cəmiyyətin və bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının diqqətinə çatdırmaqdır.
Layihə çərçivəsində piyada təhlükəsizliyi ilə bağlı real vəziyyəti göstərən və görülməli işləri qabardan bir sıra tədbirlərin icrası nəzərdə tutulub. Bu istiqamətdə əvvəlcə küçələrdəki piyada infrastrukturuna həsr edilən, habelə yollarda təhlükəsiz davranışı təbliğ edənı flaşmob keçiriləcək. Flaşmob “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birlikdə həyata keçiriləcək.
Daha sonra Bakıda və Azərbaycanın digər şəhərlərində piyada təhlükəsizliyi səviyyəsi, xüsusəndə səkilərin, piyada keçidlərinin vəziyyəti, küçələrin işıqlandırılması kimi mövzularda ictimai müzakirələr keçiriləcək. İctimai müzakirələr radio verilişləri formatında, habelə mütəxəssislər və media nümayəndələrinin iştirak etdiyi konfransda təşkil olunacaq.
Layihənin icrasının yekununda piyada təhlükəsizliyinin yüksəldilməsinə yönələn bir sıra konkret təkliflər hazırlanaraq səlahiyyətli dövlət qurumlarına təqdim ediləcək. Həm yol hərəkəti qaydalarında piyada təhlükəsizliyini artıracaq təkliflər, həm də küçə və prospektlərdə təhlükəsiz piyada keçidlərinin təşkili ilə bağlı təkliflər irəli sürüləcək. Həmin təkliflərin icrası, habelə layihə üzrə maarifləndirici tədbirlər və digər yaşayış məntəqələrində piyada təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər.
Səfər
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












