Narkoman və vərəm xəstəsi avtobus sürür? - FOTO - VİDEO - YENİLƏNİB

"Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs öz ərizəsi ilə işdən azad edilib".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq "Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov deyib.
"2024-cü il, may ayının 7-də işə düzəlmək üçün bizə müraciət edib. Müəyyən təlimlərdən və tibbi müayinədən keçəndən sonra sınaq müddətinə işə buraxılıb. Sosial şəbəkələrdə çəkilən kadrlar həmin vaxt çəkilib. May ayının 24 də öz xahişi ilə sürücü işdən azad edilib", - deyə İ.Hüseynov qeyd edib.

***
12:56
Dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi kimi müsahibə vermiş şəxs Bakıda marşrut avtobusu sürür.
Avtsfer.az xəbər verir ki, "Batya Vasmoyski" ləqəbi ilə tanınan Bəxtiyar Ağaməmmədovun paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışması məlum olub.
"Çinar Trans" MMC-nin istismarında olan xətdə çalışan B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.
"Batya Vasmoyski" kimi tanınan şəxsin keçmişi ilə bağlı video çəkərək "YouTube" kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik daşıyıcısı olduğunu da bildirib:
"Biz həmin vaxt Bəxtiyar Ağaməmmədovu reabilitasiya mərkəzinə yerləşdirdik, müalicəsinə başlanıldı. Bir müddət orada qaldıqdan sonra onun həm də vərəm xəstəsi olması müəyyən edildi və yoluxucu xəstəlik olduğundan izolyasiya məqsədilə vərəm dispanserinə göndərildi. Belə anlaşılır ki, orada da müalicəsini yarımçıq saxlayıb. Biz barəsində film hazırladığımız şəxslərin taleyi və davranışlarını sonradan izləyə bilmirik".
40 saylı marşrut xəttini istismar edən "Çinar Trans" MMC-dən bildirilib ki, mövzu ilə bağlı gün ərzində açıqlama veriləcək.
(qafqazinfo)
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı












