Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu - FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona "saxla" işarəsi verilib.
Nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Elçin Abdullayevin narkotik vasitə qəbul etdiyi də məlum olub.
E.Abdullayev barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Hacıqabulda polis əməkdaşları may ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən ümumilikdə 5 sürücünü müəyyən ediblər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














