Naxçıvanda yasda 20 nəfər dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub. Avtosfer.az xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib. Belə ki, 20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir. Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər. Hazırda faktla bağlı araşdırma aparılır.
***
Dəm qazından zəhərlənənlərin hamısı qadındır. "Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib". Bu sözləri Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib. Həkim qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilmiş və uzun müddət müşahidə altında saxlanılıb: "Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur".
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












