Oğurladığı 2866 manatlıq gödəkçələri 350 manata satdı - Həbs edildi

Nərimanov rayonunda yerləşən "Gənclik Mall" Ticarət Mərkəzindəki "Massimo Dutti" mağazasından 4 ədəd gödəkçə oğurlayan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1997-ci ildə Bakı şəhərində anadan olmuş İsmayıl Cəfərov (soyad şərtidir) bir neçə gün ərzində sözügedən mağazadan ümumilikdə 2866 manat dəyərində olan 4 ədəd qış gödəkçəsini oğurlayıb.
"Gənclik Mall" Ticarət Mərkəzinə gedən İsmayıl orada mağazaları gəzərkən "Massimo Dutti”yə daxil olub. Mağazada mühafizənin zəif təşkil olunduğunu görüb və bu səbəbdən üzərində 739 manat yazı olan qış gödəkçəni götürərək, mağazadan çıxıb. Həmin gödəkçəni əvvəldən tanıdığı Samir adlı tanışına 70 manata satıb.
Bundan təxminən bir neçə gün sonra yenidən həmin mağazaya gedərək, eyni qaydada eyni gödəkçədən birini də götürüb və yenidən Samirə 80 manata satıb.
Bir neçə gün sonra yenidən həmin mağazaya gedib və 539 manat dəyərindəki dəri gödəkçəni götürüb. Həmin gödəkçəni əvvəldən tanıdığı başqa bir tanışına 100 manata satıb. Üzərindən iki gün keçdikdən sonra İsmayıl yenidən mağazaya daxil olaraq üzərində 839 manat yazılan dəri gödəkçəni götürərək 100 manata satıb. Əldə etdiyi pulları borclarına verib. Həmin gödəkçələri tanışlarına satarkən "Trendyol” online satış saytından aldığını bildirib.
Məhkəmənin qərarı ilə İsmayıl Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 1 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












