Oğurluğa görə saxlanılan AXCP sədrinin müavini ilə bağlı tədbir görüldü - FOTO

Oğurluğa görə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, A.Məhərrəmovun barəsində qanunamüvafiq tədbir görüldükdən sonra o, sərbəst buraxılıb.
***
11:35
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.
Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan, 1982-ci il təvəllüdlü Ayaz Həbib oğlu Məhərrəmov olması müəyyən edilib.
Fakt üzrə araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













