Ölkəyə 60 kq narkotik gətirən narkokuryerlər saxlanıldı - FOTO - VİDEO

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb.
Avtosfer.az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyata keçirdiyi sonuncu əməliyyat zamanı 60 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Abşeron rayonu ərazisində keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 1994-cü il təvəllüdlü Ülvi Məmmədov saxlanılıb. Ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginəşdirilmiş marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı "Hacı" adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.
Ü.Məmmədovun narkotiklərin qalan hissəsini Abşeron rayonu ərazisində gizlətdiyini qeyd edib. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-texniki tədbirlər zamanı narkotikləri gizlədilən yerdən götürən 2001-ci il təvəllüdlü İlkin Müseyibov da qısa zamanda tutulub. Bu şəxsdən narkotiklərin qalan hissəsi - 28 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Hər iki şəxs narkotikləri maddi qaazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər.
Saxlanılanlar ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
















