Ölkəyə külli miqdarda narkotik maddə gətirən şəxs SAXLANILDI - FOTO - VİDEO

Ölkəyə 87 kiloqram narkotik maddə gətirən Neftçala rayon sakini saxlanılıb. Avtosfer.az xəbər verir ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş rayon sakini Sadiq Ələkbərov saxlanılıb. Onun üzərindən və yaşadığı evin yaxınlığındakı narkotikləri gizlətmək üçün xüsusi olaraq hazırlanmış yarımtikilidən 87 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, S.Ələkbərov “Səid” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik maddələrin gətirilməsini təşkil edib və marixuananı Neftçala rayonunda dəniz kənarında əldə edib. O, maddi qazanc əldə etmək məqsədi ilə həmin narkotikləri ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bir nişan yoxdur, digəri görünmür – Bu küçədə hərəkət təhlükəlidir - VİDEO
Paytaxtda güclü külək ağacları avtomobillərin üzərinə aşırdı - VİDEO
Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
Skuter sürən məktəbli balaca qızı vuraraq qaçdı - VİDEO
Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO
Azərbaycanda iki kişi axtarışa verildi; qadın alverinə görə - FOTO
Xaçmazda qadından ağlasığmaz əməl: Satıcıya psixoloji təsir etdi - İDDİA - VİDEO
Yağıntı meşə yanğınına səbəb ola bilər
Qoyunlar səhralaşmanın qarşısını belə aldı
Kəsişmədə yaranan problem həll edildi - VİDEO
Sovet Azərbaycanına məxsus helikopterdə SSRİ-də ilk rast gəlinən nasazlıq və 14 ÖLÜ













