Ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb - FOTO

Daxil olan məlumat əsasında Şəmkir rayonunda fiziki şəxs Hadıyev Anar Sadəddin oğluna məxsus ət satışı mağazasına Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının keçirdikləri baxış zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətinin mənşəyi və keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı mağaza sahibinin həyətyanı sahəsində ölmüş heyvanın kəsilərək satışının həyata keçirildiyi müəyyən olunub.
Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Sınaq protokoluna əsasən, ətin istehlaka yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız ətin satışı qadağan edilib və saxlanca qoyulub, eyni zamanda işə hüquqi qiymət verilməsi üçün aidiyyəti quruma göndərilib.



Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












