On iki güneyli milli fəala 88 il həbs cəzası verildi - FOTO

İranda hökumət 12 güney azərbaycanlı fəalı 88 il müddətinə azadlıqdan məhrum edib.
Avtosfer.az “Azad İran”a istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) məlumat yayıb.
Bildirilib ki, qəddarlığı ilə tanınan hakim Əbülqasım Səlavatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi 12 güneyli milli fəala ümumilikdə 88 il həbs cəzası verib.
Qeyd olunub ki, onların həbsdən sonra iki il müddətinə ictimai və siyasi fəaliyyətlərinə, eləcə də partiyalara üzvlüyünə də qadağa qoyulub.
“Daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “dövlət quruluşu əleyhinə təbliğar aparmaq” və “casusluq”da günahlandırılan Bağır Hacızadə 13 il, Ayaz Seyfxah 13 il, Araz Amani 13 il, Vədud Əsədi 9 il 6 ay, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Tahir Nəqəvi 6 il, Salar Tahir Əfşar 5 il, Hüseyn Piri 5 il, Səid Minayi 5 il, Kamal Nuri 3 il və Süleyman Məhəmmədi 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












